Baba Vəziroğlu – Xatirədir

Standard

Niyə yanır bu ocaq?
Yanıb külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı-xatirədir…
Qar yağır narın-narın,
Üzü gülür dağların.
O yaşıl yarpaqların,
Solanı xatirədir…
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı-xatirədir…
Niyə çıxdıq yola biz?
Dəli olub bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir…
Gerçəkdi yoxsa yalan?
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma