Vasif Süleymanov – MƏN SƏNƏ İLAHİ ŞEİR YAZACAM

Standard

125

 

İndi yazaramsa, bu «şər» olacaq,
Düşməsə yazmaram, düşər… olacaq.
Çəkəcəm ilhamı «dar ağacı»na,
Vərəqdə elə bir məşhər olacaq –
Mən sənə ilahi şeir yazacam.

Bəlkə də misrası dodağındadır,
Bölgüsü, hecası sorağındadı.
Belə bir şeirin yazı masası,
Dünyanın ən isti qucağındadır –
Mən sənə ilahi şeir yazacam.

Ürəyim yazacaq, neyləmək olar…
İlhamı saxlayıb-ələmək olar…
O qədər «sən» deyib şeir yazmışam,
Birini yüz qıza söyləmək olar –
Mən sənə ilahi şeir yazacam.

Dinib -danışanda sözün ilahi,
Bu dərdə dözməyə, dözüm ilahi.
Adi söz demərəm adiləşəsən,
Təpədən-dırnağa özün ilahi –
Mən sənə ilahi şeir yazacam.

Həsrətin, heyrətin sonu bu yazda,
Şeirnən gələydi bizə muraz da.
Qurtarım qəlbimi üzüntülərdən,
Dözmüsən bu qədər, gözlə bir az da –
Mən sənə ilahi şeir yazacam.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma