Gülşad Quliyeva – Sınıq şüşələr üstündə…

Standard

Gülşad Quliyeva

 

Günəşi gözlərin,
Yağışı əllərin,
Küləyi saçların aparacaq bu şəhərdən…
Öyrəşmələrdə bitəcək mübarizələr
Sözlərdə hərflər azalacaq
Bir də inanmaq vərdişini tərgidəcək barmaqların…
Sınıq şüşələr üstündə
Ayaqyalın gəzən adam!
Hər gecə şeir gələrdi qapına.
Dizlərini qucaqlayıb, divara qısılan zaman
Darıxmağı sətir -sətir tavana yazmağın vardı.
Ən son nə vaxt?
Harda “gələr” soyutdu çayını?
“Çünki”lər ağlatdı?..
Bir qucaq yalqızlıq,
Bir ömür də adamsızlıq dərdi var
Fotoların yaddaşına köçürdüyüm döngələrdə…
Boyat sevgilər boyadı həyatımızı
Təsəllilərlə,
Gümanlarla.
Və “sonra”lara qalanlar oldu heç vaxt edə bilmədiklərimiz…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma