ƏLİAĞA VAHİD

Standard

090

 

Fikrindəmi bir gün,gözəlim,biz sizə gəldik.
Sizdən qayıdıb sonra bərabər bizə gəldik.

Güldük və danışdıq gecəni,sübh açılınca.
Bir qönçə gül üstündə sizinlə sözə gəldik.

Kef çəkdiyimiz xatirələr varmı yadında?.
Gülşəndə,bir aydın gecədə üz-üzə gəldik.

Xeyli dolaşıb seyr elədik güllər içində.
Bir-birmizə çox işvəli,çox baməzə gəldik.

Biz ki,gözəlim,can deyərək can eşidərdik.
Bəs indi nə oldu bizə,yoxsa gözə gəldik?.

Nə səndə var ol mehrü-məhəbbət,nə də məndə.
Söndük ,yanan ulduz kimi son mərkəzə gəldik.

Vahid,o keçən günləri bilmərrə unutduq.
Lakin yeni dünyaya biz indi təzə gəldik.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma