Xurşidbanu Natəvan – Qəzəl

Standard

Xurşidbanu Natəvan11 Oqtay Sadıqzade

 

Yanar canım, oğul, daim sənin nari-fəraqında,
Necə pərvanələr hər dəm yanar şəmin ayağında.

Güli-ruyün həvasilə çıxar əflakə əfğanım
Olur bülbül nəvası gül fəraqü iştiyaqında.

Sənin vəslin xəyaliylə gözü könlüm gəzər daim
Ki, çün Məcnuni-sərgəştə, gəzər Leyla sorağında.

Nəhali-qamətin zikri mənim virdi-zəbanımdır,
Dəmadəm naleyi-qumri olur sərvin budağında.

O şirin ləblərin şövqü günü-gündən olur əfzun,
Əgər Fərhad tək yüz il dolansam hicr dağında.

Hərisəm bəs ki, ol şirinzəbanın zikrinə hərdəm,
Olur, xoş nitqli tuti, şəkər olsa dəmağında.

Sənin hicrin odu, Abbas, dəxi, çıxmaz ki, canımdan,
Səməndər tək yanar daim anan nari-fəraqında.

Uçub şəhbaz tək könlüm, gəzərdi vəsl bağında,
Pərü balını sındırdı fələk, bu pir çağında.

Gözümdə tardır dövran, məhü xurşidi-nurəfşan,
Məhaq içrə olub pünhan, sanasan çərx tağında.

Sirişkim birlə kim, xali deyildir qamətin gözdən
Nə tez düşdü təravətdən o sərvnv su qırağıvda.

Nolaydı kur olaydım, görməyəydim gül kimi cismin,
Qalıbdır tirə xak içrə, məzarıv küv qabağında.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma