Mikayıl Müşfiq – Yalnız Ağaç

Standard

Olduqca qayğılı, olduqca qəmli
Sadə mənzərəli, sadə görkəmli
Yalnız ağac baxır bir dağ başından
O hansı dalğanın ixtişaşından
Hansı zəlzələdən olmuş müztərib
Düşünür təklikdə sanki bir qərib.
Sarmış ətrafını dumanlı bir çən
Danışır haqqında hər gəlib keçən
Sanki fələklərin fırtınasından,
Bİr yavru ayrılmış öz anasından.
O, yoxsa kimsəsiz bir çobanmıdır?
Sürüdən ayrılan bir ceyranmıdır,
Sularda, dəhşətli göy dalğalarla,
Atəşin zərbəli qasırğalarla
Sarsılan çarəsiz bir yelkənmidir?
Onun gözlərində həyat şənmidir?
BU yanda səfalı qalın bir orman,
Yaz olsun, qış olsun, gülür hər zaman.
Quşların nəğməsi suların səsi,
Ətirli güllərin sərin nəfəsi
Davasız dərdlərə gizli əlacdır.
Məni düşündürən yalnız ağacdır.
Zavallı qardaşım! Böylə keçərsə,
Əbədiyyat sənə qanad da versə,
Səndən qalmayacaq nişan dünyada,
Dirilik eşqilə coşan dünyada.
Bİr tufan qopacaq , saralacaqsan,
Bİr şişşək vuracaq qaralacaqsan.
Başında oynayıb qəm buludları,
Sökəcək bağrını ölüm qurdları.
Məndə sənin kimi yalnız ağacdım,
Təklikdən usanıb axırda qaçdım.
Qəlbimlə , ruhumla qoşuldum elə,
Düşüncəm sakitdir o gündən belə.
Bax, indi mən hara, yalnızlıq hara?
Azad fikirlərə, azad quşlara
Qəlbimin hər gözü bir aşiyandır,
Bədbəxt bu dünyada tək yaşayandır!…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma