Zeynal Cabbarzadə – İlk bahar

Standard

Yenə gəldi ilk bahar, yaz gülə-gülə,
Bu qədər gəl etmə, Yar, naz gülə-gülə.
Səni sevdim qəlbimlə, ey gözəl pəri,
Mənə söylə bir şirin söz gülə-gülə.

Mən aşiq , bəndəm gülə
Bülbüləm bəndəm gülə
Xəstəyəm , qalıb əlacım
Bir şirin dilə

Sevən aşiq , ay gülüm , görməz dünyanı
Qara qaşın , ağ üzün , olum qurbanı
Niyə məndən gizlədirsən eşqini sən

Mən aşiq , bəndəm gülə
Bülbüləm bəndəm gülə
Xəstəyəm , qalıb əlacım
Bir şirin dilə

Açılıb hər yan çiçək , bax gözəl-gözəl
Telinə əlvan çiçək , tax gözəl-gözəl
Yanıram hicrinlə mən , dön sərin suya
Ürəyimə sevgini ax gözəl-gözəl

Mən aşiq , gələr yarım
Dərdimi bilər yarım
İnanıram dərmanımı
Eyləyər yarım

Cavan ömrüm şad olar , səslər hər yanı
Qara qaşın , ağ üzün , olum qurbanı
Niyə məndən gizlədirsən eşqini sən

Mən aşiq , bəndəm gülə
Bülbüləm bəndəm gülə
Xəstəyəm , qalıb əlacım
Bir şirin dilə

Musiqi / music: Тоfiq Quliуеv

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma