Əhməd Cavad – Sən ağlama, mən ağlayım, gözəlim

Standard

Əhməd Cavad

Mən deyən yox, fələk deyən oldusa,
Əsdi yellər, gül yanağın soldusa,
Dərd əlindən ala gözlər doldusa,
Sən ağlama, mən ağlayım, gözəlim!

Uğrunda olmuş ikən sərsəri
Mən öpmədən o qıvırcıq telləri,
Dağıtdısa təbiətin yelləri,
Sən ağlama, mən ağlayım, gözəlim!

Hanı sənin hər eşqinə, hər gəncə
Eşq oxuyan qəlbin, sönmüşdür məncə,
Bulmayırsa qəlbin artıq əyləncə,
Sən ağlama, mən ağlayım, gözəlim!

Bir quş idim gecə – gündüz sizlərə,
Yazıq, məni güldürmədin bir kərə…
Baxıb indi alındakı izlərə
Sən ağlama, mən ağlayım, gözəlim!

Mən baxarkən sən vurduğun yaraya,
İndi zalım fələk girdi araya…
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, mən ağlayım, gözəlim!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma