Nüsrət Kəsəmənli – Nə mən səni sevdim, nə də sən məni

Standard

013 (2)

 

Razılıq aldılar biz dura-dura,
Səni də, məni də saldılar tora,
Dedilər evlənin sevərsiz sora,
Nə mən səni sevdim, nə də sən məni.

Sevib evlənmədik öz səyimizlə,
Yaşaya bilmədik istəyimizlə,
Oynadı analar taleyimizlə,
Nə mən səni sevdin, nə də sən məni.

Evləndik, həyatım dərdlərlə doldu,
Beləcə ömrümün baharı soldu,
Günlər ay oldu, aylar il oldu,
Nə mən səni sevdim, nə də sən məni.

Bu dərdi gizlicə çəkdik sinədə,
Lənət bu günə də, ötən günə də,
Ömrü yarı etdik, amma yenə də,
Nə mən səni sevdim, nə də sən məni.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma