LEYLA FAİQQIZI – Bağışla məni

Standard

f015

 

Mən sənin qəlbinə dəymişəm, gülüm…
Bununçün Allahdan istəyim ölüm?
Dilim-dilim olsun bu acı dilim,
Bağışla, əzizim, bağışla məni…

Mən ərköyün qızam, sənsə küsəyən…
Beləyəm, gəl məni sən belə bəyən.
Bilirəm, mən oldum qəlbinə dəyən,
Bağışla, əzizim, bağışla məni…

Gəl, bir günəş kimi ömrə işıq saç…
Mən sənin başına olaram bir tac
Sən mənə möhtacsan, mən sənə möhtac
Bağışla, əzizim, bağışla məni…

Sənsiz ötən ömrüm bil, mənasızdır…
Elə bil yetimdir, o, anasızdır
Mənim məhəbbətim təmənnasızdır,
Bağışla, əzizim, bağışla məni…

Çağırsan, yanına vallah, gələrəm
Sevgimi, ömrümü, sənlə bölərəm
“Qal” desən qalaram, “öl” de, ölərəm
Bağışla, əzizim, bağışla məni…

Qalmayıb taqətim, qalmayıb dözüm,
Gəl, məni bağışla, ay canım-gözüm.
Günahkar özüməm, bilirəm özüm,
Bax elə bununçün, bağışla məni…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma