Afaq Şıxlı – MƏNDƏ BİR ÜRƏK VAR…

Standard

048

 

Məndə bir ürək var – sevən bir ürək,
İçindəki sənsən, gəzdirən mənəm.
Sənin xatirinə qoruyam gərək,
Könlümü özgəyə verə bilmərəm.

Məndə bir kitab var – sənin yazındır,
Onu sinəm üstə əzizləyirəm.
Elə sanıram ki, yadigarındır,
Hər gün sətir-sətir əzbərləyirəm.

Məndə bir ümid var – ilk bahar kimi,
Kökləyər könlümü nurlu sabaha.
Bəlkə bir dost kimi, bəlkə yar kimi
Ömrümə qaytarar səni bir daha.

Məndə bir sevgi var – mənalı, təmiz,
Qəlbimdə məşəltək hey yanacaqdır.
Bir gün bu dünyadan yox olsaq da biz,
Sevgimiz əbədi yaşayacaqdır!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma