Məmməd Araz – Deyiləm

Standard

Məmməd Araz14

 

Bilirəm, mən sənin göz yaşlarınam,
Donub gözlərində qalan deyiləm.
Bir mələk donunda girib qoynuna,
Sonra şahmar kimi çalan deyiləm.

Birinə varamsa, birinə yoxam,
Yoğrulmuş xamıram, yayılmış yuxam…
Mən hər vədəsilə bir tale yıxan
“Həqiqət geyimli” yalan deyiləm.

Qonsan kipriyimə bir jalə kimi,
Köçsən qəlbimə bir nalə kimi,
Mən səni bir dolu piyalə kimi
Götürüb əlimdən salan deyiləm.

Hər eşqin yolu var, hər ömrün yarı,
Yeri, bu ümidlər yolunda yarı…
Daha nə gizlədim, çalınmış tarı
Kökləyən deyiləm, çalan deyiləm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma