Yaşar Süleymanlı

Standard

Yaşar Süleymanlı2

Acılı-şirinli xatirələrim səpələnib bu şəhərə…
Səni ilk gördüyüm küçə,
Əl-ələ gəzdiyimiz parklar…
İndi gördüyüm hər ağac da səndən danışır mənə,
Qəribsəmiş yarpaqlar salam söyləyir sənə…
Bax, bu ağacın altında ilk dəfə əlindən tutmuşdum,
Bu heykəlin qarşısında ilk şəklimiz çəkilmişdi,
O möhkəm külək əsmişdi,
İpək saçların üzünə səpilmişdi,
Çirkin düşdüm şəkildə deyə küsmüşdün küləkdən…
Bu küçələrdə səni sevib, sənə aşiq olmuşdum.
Bu küçənin tinində bir axşam çağı,
İlk dəfə dodaqlarının atəşin duymuşdum…
Bu daşın üzərində, bir ürəyin içində adımızı yazmışdıq,
Yazıq daşın bağrını gülə -gülə qazmışdıq…
Bu binanın önündə məni sevdiyini demişdin,
Bu çayın sahilində sübhə kimi gəzmişdik,
Bu gölə niyyət tutub xırda pullar atmışdıq,
Xəyallara batmışdıq…
Səadətə çatmışdıq…
Bu limanı heç sevmirəm,
Bu limanda ayrılmışdıq,
Son dəfə bir-birimizə bu limanda sarılmışdıq…
“Sən getdin, boş qaldı şəhər”
İndi sənsiz mən hər səhər,
Bu şəhəri dolaşıb,
Yığıb sənli xatirələri, sənə məktub yazıram…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma