Ənvər Əlibəyli – Sevgilim

Standard

enver elibeyli

 

Göy sular qəlbimin aynasıdır, ay qız,
Arzular – ömrümün solmayan yaraşığı.
Dünyalar gözələ dönsə belə, yalnız,
Bil, sənin, ey gözəl, olmuşam men aşıqın

Sevgilim, sevgilim,
Göz görüb, könül sevib səni, inan.

Sal yada, ilk görüş bir an oldu, ey yar.
Gözlədim yolunu, həsrət ilə, mən sənin.
Hüsnünə vuruldum, heyran oldum, ey yar,
Söylədim hər zaman sevdiyim bu nəğməni.

Sən mənə bir dəstə gül verdin, ay qız,
Qalmadı nə qüssəm, nə də ki dərdim,
O gülün əvəzində mən sənə, ay qız,
Eşqimin şahidi könlümü verdim.

Bu gün sahilə çıxaq yenə gəzməyə,
Saçını darasın qoy sərin külək.
O gülü neylərəm, könlünü ver mənə,
Qoy yenə çırpınsın sinəmdə ürək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma