Mədinə Gülgün – ARZULARDA MƏN

Standard

Mədinə Gülgün1

 

Soruşdun, nə zaman qayıdacaqsan?
Dedim gələcəyəm ilk baharda mən.
Geciksəm kövrəlmə, küsmə, incimə,
İnan ki, qalmışam yəqin darda mən.

Dedim ümidini kəsmə, amandır,
Ümidsiz yaşamaq düzü yamandır.
Körpə balamı da özün inandır,
Batmaram kükrəyən hər sularda mən.

Vüqarım əyilməz, uca dağ kimi,
Mən solub getmərəm bir yarpaq kimi.
Dağlardan bir qartal uçacaq kimi
Yanına uçaram olsam harda mən.

Sənə bir dəstə gül gətirməyincə,
Dənə dolmuş sünbül gətirməyincə,
Çağlayan bir könül gətirməyincə,
Rahatlıq tapmaram hər diyarda mən…

Desələr səngərdə yara almışam,
Gəl, yaramı bağla hər səhər, axşam.
Mən haq savaşından yorulmamışam,
Təngiyib qalmaram o yollarda mən…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma