Hamlet İsaxanlı – Hicran

Standard

Keçən günlər keçdi, getdi,
Doğrudanmı hər şey bitdi?
Ürək bizə üsyan etdi,
Nə mən dindim, nə sən dindin.
Dodaq susdu, göz ağladı,
Payız qışı soraqladı,
Şaxta vurdu, buz bağladı,
Nə mən dondum, nə sən dondun.
Hìcran min cür oyun qurdu,
Kim əl qatdı, kim buyurdu?
Kədər cumdu ordu-ordu,
Nə mən yendim, nə sən yendìn.
Canımızı həsrət üzdü,
Ayrılıqlar ölçüsüzdü,
Bilməm ürək necə dözdü?
Nə mən qandım, nə sən qandın.
Çərxi-fələk etdi xəta,
Hicrandan olarmı əta?1
Yəhərlənmiş qoşa ata
Nə mən mindim, nə sən mindin.
Kölgə çökdü gözümüzə,
Kül ələndi üzümüzə,
Bənzəmədik özümüzə
Nə mən məndim, nə sən səndin…

Musiqi : Vaqif Gerayzade

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma