Xurşidbanu Natəvan – Qəzəl

Standard

Xurşidbanu Natəvan11 Oqtay Sadıqzade

 

 

Mənə bədtərdi düzəxdən, əzizim, gülsitan sənsiz!
Odur hər sünbülü susən gözümdə bir tikan sənsiz!

Vəfasız dəhri-dun içrə əgər şəkkər qəzam olsa,
Olur zəhri-həlahil, tutiyi-şirinzəban sənsiz!

Səbəb noldu ki, məndən mehr. kəsdin, mehriban bülbül!
Olub qumri kimi ku-ku yenə virdi-zəban sənsiz!

Xoş ol günlər ki, vəslindən edərdim kami-dil hasil,
Olunca mübtəla hicrə, çıxaydı kaş can sənsiz!

Əlif. tək sərv qəddin, can içində ketdi, qəmxarim,
Necə aram tutsun, bilməzəm, cism içrə can sənsiz?

Çıxar sübhü məsa əflakə dudi-şöleyi ahim,
Zəbani-halimə giryan olur gərrubiyan, sənsiz.

Nəzər qıl, qönçeyi-lalə misalı bir-biri üstən
Çəkilmiş sinəmə, gör kim, necə daği-nəhan sənsiz!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma