Xanəmir Telmanoğlu

Standard

Xanəmir Telmanoğlu

 

 

mən saatımı bağdadda qoydum
əlif. lam. mim.
ey dili qafil
bağdad
bağdad
bağdad
derkən sinəmi xatırlayıram
damarımdan qanımı içməyim gəlir
yamaclarda havanın yalquzaq qatının duzunu
yavruların köksünə süzülən hava akınını
qoruya-qoruya o sudan baxan erkəc börünün gözlərinin
tenqri dağlarından bir şəhrə nasıl baxdığını
qoruduğunu
bir şəhrin dışında
nasıl bir şəhrin qovrulduğunu xatırlayıram
varıb almasını qoxladığım
hələ çiçək açar-açmaz
ulusumun sərgüzəşti görünər huşa dönər əqlim
yasəvidən mövlanadan sonra
durnasının çığırtısını qoruduğum
zaman xəyalımda oturtduğum
yenidən alma alma dalınca vardığım
soylu könlümün şəhri bağdaddır
bağdadın üzü hayanadır
toprağı duzumuz şəhrin adı qoşa k-ya tuşlanıbmı
bağdadın quşunun ağacının yönü ərşədir
tozlanmış
bəyaz mamır bağlamış
gün tellərinə qəribliyi sızıldayan
qoşa-qoşa qoşa qoşa nal izləri məsumdu
bağdad söylərsən tökülər havadan at gözləri
pir haqqı xatirələrim ləbələb qalıb
o şəhrin yollarını sormamışam kimsədən
bağdadda bağdadda saatım qalıb
eşq alıban aşiq olmuş
bağdada nəfəsi hopmuş
qaşqa atların bərələrdəki sümüklərindən
bəyaz-bəyaz kəlləsiylə yol nışan verməsindən
sor bağdadı
ayə ay zalım
zaman ulusumun bağdadıdır
qalıb bağdadda saatım bağdadda qalıb
bağdada varılmaz
təcalla eylər bağdad
ona nə var bir də gördün bir durnayla uçub gedər
çəkilər bir gülnən yoxluğa
ən mömün ağacda sultan budaqda almaya dönüşər
bağdad təcalla eylər
röyalar taxtıdır bağdadım
bir ovuc torpağı duşunda görsən
səni ya şah ya pir eylər
mənim bağdadım gecənın tən yarısıdır ona inan
gecə bağdadın harasıdır
köksündən şəhrin adının bir hərfi keçməyən türk
ulaşamaz qiyamətə
xudasına könül verən
vücudunu muhamməd toprağı
quran savaşı bilən canım-qanım
bir şəhrin ağac kölgəsinə də olsa
kölgəni qatmalısan
inzivası mübarək akar suların
qeybdəki akarına çatmalısan
mən saatımı bağdadda qoydum
bağdaddan keç vaxtını bil
gözünü yum bağdad söyləmə bağdad çək
ardınca ruhunu yoxla
ən quş qonmaz ağacından almasını dər kəs
içindən saat çıxar
əqrəblərinin biri məkkədə istanbulda
biri su üzündəki o batmaz yaranışda
mən bağdadda qoydum saatımı
bağdad
bağdad
o şəhr deyil
könlümün qeybdə qalan parçasıdır
durnaların qarabağa gətirdiyi nalasıdır
bağdaddan şəhr olmaz topraq olmaz
gülün qeybdə toxum yeridir
bu nişanda zaman irəlidir geridir
saatım saatım bağdadda qaldı
ayə ay biçarə
bağdada tamsınan ərşə var
gərək bütün durnaları qırasan
bağdad durna dilidir can dilçəyidir
çığırtıyı anlayamazsan
dərdin alım saatım bağdadda qalıb
durub da uzun uzun üzümə bakar anam
sanaram bəs bağdaddayam
günəş doğarkan mən o şəhri xatırlayıram
saatım saatım bağdadda qaldı
1999-cu il

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma