Şirin Xanım Kerimbeyli Şadiman – CAVANKƏN QOYULDUN MƏZARA BU GÜN

Standard

Sirin Xanim Kerimbeyli Sadiman2

 

 

Böyrək çatmazlığından əziyyət çəkən, anasından
köçürülmüş böyrək də köməyinə çatmayan, bu gün
torpağa tapşırılan qonşumun
20 yaşlı qızı Sevinc Zeydullayevaya…

Cavankən qoyuldun məzara bu gün,
Sənə olmalıydı yas yox, toy- düyün.
Ürək nalə çəkir, partlayır beyin,
Əzrayıl qapıda öyündü, Sevinc,
Tabutun qırmızı geyindi Sevinc.

Gözündə çağlayan gülüşlər batdı,
Bu nə bəxt idi ki, əbədi yatdı,
Bir körpəcə ömür qəbirə çatdı,
Taleyə cızılmış nə gündü, Sevinc,
Tabutun qırmızı geyindi Sevinc.

Qohumu-qonşunu ağlatdın yaman,
Qəlblərdə dərdləri çağlatdın yaman,
Səhərin bağrından qopartdın aman,
Bəs bu nə sədadı, nə ündü, Sevinc,
Tabutun qırmızı geyindi Sevinc.

Həkimin, dərmanın vəfa qılmadı,
Sənə edilməyən ülfət qalmadı,
Heç bir şəfa səni dərddən almadı,
Qəlbimiz ahınla döyündü, Sevinc,
Tabutun qırmızı geyindi Sevinc.

Göy qara boyanıb yas çadırına,
Donmuş şəkilini as çadırına,
Amansız dərdini bas çadırına,
Qara xəbər necə yeyindi, Sevinc,
Tabutun qırmızı geyindi Sevinc.

Sən necə dağ oldun ata, anana,
Yaman növrağ oldun ata, anana,
Qalx bir təsəlli ver sənə yanana…
Fələk qapı çırpdı, deyindi, Sevinc,
Tabutun qırmızı geyindi Sevinc.

Ürəyim qələmdi, qonşumun qızı,
Kaş yalan olaydı bu gün, bu yazı,
Şadiman ah edir, susub avazı,
Canını aparan neyindi, Sevinc?!
Tabutun qırmızı geyindi Sevinc.
Tabutun qırmızı geyindi Sevinc.

20.11.2013

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma