İslam Səfərli – İTİRSƏN

Standard

islam seferli32

 

 

İşdir, kəm baxsan əgər
Halal el malına sən,
İnsanlıq şərəfini
Bir anda itirərsən.

İtirsən bir anda
Əzmini, vüqarını,
Sənə “övladım” deyən
Elin etibarını.

Ömründən xoş illəri,
Ayları itirsən.
Gözlərindən dağları,
Çayları itirsən.

Dodağından ən şirin
Mahnı səsi kəsilər.
Qulağından suların,
Zümzüməsi kəsilər.

Əllərindən soyuyar
Zəhmətin hərarəti.
Ürəyindən silinər
İlk gənclik məhəbbəti.

Doğulduğun diyardan
İzini itirərsən.
Özün bizə gərəksən,
Özünü itirərsən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma