Ramiz Rövşen – DİVLƏRİN NƏĞMƏSİ

Standard

Ramiz Rövşən4

 

 

Necə dözək belə dərdə
Yaşamağa qoymur bizi.
Bələkdəki körpələr də
İt yerinə saymır bizi…
Div deyilik oyuncağıq
Dərdimizi demək olmur.
Adamların zayı çıxıb
Adamları yemək olmur…

Ovluyuruq görən kimi
Yavan düşür,yağlı düşür.
Adam varki,yeyən kimi
Qarnımıza ağrı düşür.
Div deyilik oyunçağıq
Dərdimizi demək olmur.
Adamların zayı çıxıb
Adamları yemək olmur.

Qalınlaşıb insan gönü…
Ağzımızda diş qalmayıb
Hamı yeyir bir-birini,
Daha bizə iş qalmayıb….
Div deyilik oyunçağıq
Dərdimizi demək olmur.
Adamların zayı çıxıb
Adamları yemək olmur…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma