Bəxtiyar Elcan – Aişənin nağılı

Standard

Bəxtiyar Elcan1

 

Hər gün
pəncərənin önünə qoyardılar onu…
Gülümsər gözlərilə
çöldə qaçdı-tutdu oynayan uşaqlara baxıb
xoşbəxt olardı Aişə.
Bu uzaq dostlarından
yıxılan olanda ağlayardı,
biclik edən görəndə gülərdi…
Hər ad günündə atasından hədiyyə istəyərdi Aişə.
İstəyərdi… hə… Qırmızı ayaqqabı istəyərdi.
Geyinərdi əllərinə xoşbəxt olardı,
sonra gəlinciklərinin ayağına tikərdi
bu qırmızı xoşbəxtliyini…
Gecə pişiklər damdan hoppanıb səs salanda
hövlank oyanardı Aişə…
Əllərinə baxardı…
sonra gülümsəyib mışıl-mışıl uyuyardı.
Hər gün səhərlər yuxusunu danışardı
gözləri qurumuş anasına.
Hamıdan bərk yüyürməyindən…
Gizlənqaç oynamağından,
Qonşu Məhəmmədin onu saatlarla axtarıb
tapa bilməməyindən.
Sonra işıq dolu gözlərini süzdürüb gülümsəyərdi…
Ah, Aişə… Aişə…
Yuxuda ikən televizorda gördüyü qalustuklu baba
evlərinə bomba atmışdı…
Ah, Aişə… Aişə…
İki gün sonra ayılıb
o balaca, toppuş ayaqlarını tapmamışdı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma