Nazilə GÜLTAC – BİLMİRƏM

Standard

Nazilə GÜLTAC

 

 

Hələ də gözlərim axtarır səni,
Adını çəkəndə gülə bilmirəm,
Demə ki, unutdum, unutdum səni,
Neyləyim, səninçün ölə bilmirəm.

Zaman ötür, axır gedir su kimi,
Kimləri aparır, gətirir kimi.
Sən mənim qəlbimə gəldiyin kimi,
Neyləyim, yanına gələ bilmirəm.

Sənsiz ömrüm – günüm cəfayla dolu,
Yol salıb yollardan, keçir bu yolu,
Qubardı, möhnətdi hey sağı , solu,
Neyləyim, bu dərdi bölə bilmirəm.

Gültac neynəsin, bu baharı, yazı?
Ömrün çoxu gedib, qalıbdır azı,
Olmuşam özgənin alnında yazı,
Neyləyim, yazını silə bilmirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma