Əli ƏMİROV(Ələmi) – QƏZƏLLƏR

Standard

014

 

Al dizin üstə pəri, çal, o rübabın mən olum!
İnlədib, dinlə məni, xanəxərabın mən olum!

Hiss edim əllərinin atəşini simlərdə,
Həzz alıb, arzulayan eşqin əzabın mən olum!

İsti göz yaşların axsın yanağından mey olub,
Qoy piyaləndən içən eşq şərabın mən olum!

Qalma biganə mənə, bəsdi günah etmə pəri,
Çarə et dərdimə məhşərdi, səvabın mən olum!

Sən mənim məhrəmim ol, sinəni ört zülfün ilə,
Bədnəzərdən qoruyan bəlkə hicabın mən olum!

Bu sevən qəlbimə ki, nazil olub göylərdən,
Yarə, təkcə sən oxu, tazə kitabın mən olum!

Sevdiyin aşiqini sorsalar ey gül səndən,
“Ya Əli !”- söylə yetər, bunca cavabın mən olum!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma