Xorxe Luis Borxes – Müxəlləfat

Standard

Horge Lui Borges

 

“Faniyə, zülmətə qovuşub itən
qızıl günəşinin xatirəsiyəm”
Pilləkəni qoyub, qalxırsan yuxarı.
Bir pilləsi çatışmır pilləkənin.
Nə tapacaqdın ki, çardaqdan
Köhnə cır-cındırdan savayı?
Əməllicə kif qoxuyur buralar.
Kiçik pəncərədən yel vurur içəriyə.
Yastı dama toxunur başın.
Döşəmə cırıldayır.
İrəliyə addım atmağa qorxursan.
Qayçının уаrı tayı.
Atılmış alətlər.
Ölülərdən hansınınsa yırğalanan kreslosu.
Lampa altlığı.
Mitili çıxmış qotazlı Paraqvay qamakı.
Qoşqu ləvazimatı, kağız-kuğuz.
Aparsio Saravianın ştabının qravürü.
köhnə ütü, içərisində kömür.
İşləməyən saat, qırılmış kəfkiri yanında.
rəngi soluxmuş boş çərçivə.
Kartondan şahmat taxtası, şikəst edilmiş fıqurlar.
İki tutacağı olan manqal.
Dəri qalağı.
Foksun nəm çəkmiş «Əzabkeşlər kitabı»,
qəribə, qotik şriftlərlə yazılmış bir kitab.
Fotoşəkil – artıq kimin istəyirsən onun təsviri.
Bu sürtülüb-yeyilmiş dəri haçansa pələng olub.
İtirilmiş qapının açarı.
Nə tapacaqdın ki, çardaqdan
Köhnə cır-cındırdan savayı?
Mənim bu sözlərim – unudulmuşluğun abidəsi,
Bürüncdən bərk deyil,
Elə bununla da onlara bənzəyir.

tərcümə : Etimad Başkeçid

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma