Mirzə Sakit – O, Nərgizdir

Standard

012

 

Bir bayrağin kölgəsində milyonlara – Qalxın- deyən
Buxovlanmış Xalqa bu gün hökm edənə, hökm eləyən
Həqiqətdən, haqdan doğan gur səsiylə nur ciləyən,
Dalğaları şahə qalxan, uğultulu bir dənizdir
O Nərgizdir.

Mətinliklə addimlayır günəşli bir kainata
Sol tərəfdə arkadaşı, sağ tərəfdə məğrur ata
Yuz illiyin paklığıyla imza atib Müsavata,
O imzadan sevə-sevə nur götürən nur bənizdir
O Nərgizdir.

Onun səsi gələn gündən biz də bir az ucalmışıq
Onunla bir siradayıq, demirəm ki, qocalmışıq
Sözümüzlə, izimizlə duşmənlərdən öc almışıq
Yol axtardiq, iz axtardiq, düşmək üçün o, bir izdir
O Nərgizdir.

Harayında İnqilaba yol göstərən üsyan səsi
Baxışında həsrət dolu Azadlığın salnaməsi
Meydanlarda hayqıraraq yatanlara Qalx! deməsi,
Atillaya, Babur şaha, Gürqan xana o ekizdir!
O Nərgizdir.

İnaniram – Bir səsinə səs verəcək milyon ərən,
Cəsarətli addımıyla Liderlərə yol göstərən,
Yad ellərdə soruşsalar Lideriniz kimdi görən,
Qürurlanıb deyəcəm ki, Liderimiz əvəzsizdir,
O Nərgizdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma