Ramiz Rövşen – Addım

Standard

Ramiz Rövşən3

 

 

Bir gün olar,
keçdiyin – keçmədiyin
bütün yollar sıxılar,
yığılar bir addıma.

Əlin də, ayağın da,
Çiynin də, kürəyin də,
Beynin də, ürəyin də,
Hirsindən səbrinəcən
bu dünyada sən adlanan nə varsa
sıxılar, yığılar bir addıma.

Onda bilərsən ki, bu dünya nədi,
acıdı, dadlıdı, onda bilərsən.
Bu dünyada “Allah” deyilənin də
boyu bir addımdı onda bilərsən.

Onda gözlərinə heç nə görünməz;
atandan,
anandan,
balandan belə.
Yüz təlxək oynaya, üzün güləmməz,
qaçmaz dodaqların yalandan belə.
Qaçarsan yanından adamların da,
çəkilərsən tənhalığa, təkliyə.
Qannın qatılaşar damarlarında,
damarların sümük kimi bərkiyər.
Sıxılarsan, yıxılarsan yay kimi,
sıxılarsan, çəkilərsən özünə, –
çəkilərsən özündən də o yana;
Evindən eşiyindən,
Dünənindən, keçmişindən,
Bələyindən, beşiyindən,
Lap ananın bətnindən də o yana,
Lap atandan, babandan da o yana,
Lap elindən, obandan da o yana,
Bu dünyanın ayına,
ulduzunacan,
Lap Allahın özünəcən
sıxılarsan, çəkilərsən özünə,-
Güc verərsən ayağına, dizinə,
ancaq yenə gücün çatmaz
bir addımı atmağa…

…Onda bilərsən ki, bu dünya nədi,
acıdı, dadlıdı, onda bilərsən.
Bu dünyada “Allah” deyilənin də
boyu bir addımdı onda bilərsən.
Bir addımın qabağında
diz çöküb
Hönkür hönkür ağlayarsan, ölərsən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma