Baba Vəziroğlu – Nə fərqi…

Standard

Baba Vəziroğlu

 

Mən sənə vuruldum bir nəğmə kimi,
Üzünə taybatay açdım qəlbimi,
Bəs niyə qırıldı bu eşqin simi –
Nə fərqi, ya zildən, ya bəmdən oldu?!.

Min fitnə düzəldib tələ qurdular,
Axır aramızı yaman vurdular,
Günahkar gəzməyin nə mənası var –
Nə fərqi, yaxından, ya gendən oldu?!.

Bu həyat bircə yol sınadı bizi,
Ayıra bilmədik cığırı, izi,
Axır ki, itirdik bir-birimizi –
Nə fərqi, dumandan, ya çəndən oldu?!.

O eşqin əzəli, bu da ki sonu,
Duymadıq xoşbəxtlik nə olduğunu,
Bəs niyə kor olduq, görmədik onu –
Nə fərqi, sevincdən, ya qəmdən oldu?!.

Hər eşqin sonunu duyan ayrılıq,
Gəlmə, dayan hələ, dayan, ayrılıq!
Bizi yazıq günə qoyan ayrılıq –
Nə fərqi, ya məndən, ya səndən oldu?!.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma