Adile Nezer – ƏYİL BİR DƏ KÖNLÜMƏ BAX

Standard

Adile Nezer

Ömrün payızında görüşdük yenə,
İndi sənə nə söyləyim, nə deyim.
Üzdən yaxşı tanımazsan bəlkə də,
Əyil, bir də könlümə bax, sevdiyim.

Bahar idim, çiçək idim, gözəldim,
Vurulmuşdun məndəki ox duruşa.
İllər ötdü, yaya döndüm,- gözlədim,
Mənəm hələ sənsizliklə vuruşan.

Dünya eyni, – sevilənlər, sevənlər,
Dəyişilib hekayələr,- fərqlidir.
Yəqin indi baba oldun, -nəvələr
Həyatının anlamıdır, rəngidir.

Mənsə təkəm, xəyallara dalıram,
Xəyalımın adı sənsən yenə də.
Əyil, bir də könlümə bax, sevdiyim,
Üzdən yaxşı tanımazsan bəlkə də.

20.11.2015.

2 responses »

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma