İslam Səfərli – BİLGƏH BAĞLARI

Standard

islam seferli38

 

“Varəncil” sovuşur, üzüm morlanır,
Qara tut tökülür, bağda xarlanır.
Xallı şamamalar tağında yanır.
Sevgilim, gəl dolan bircə, bağları,
Yolunu gözləyir Bilgəh bağları.

Günəş öz odunu çiləyir quma,
Meynələr üzünü söykəyir quma.
“Xəzri” salxımları bələyir quma,
Sevgilim, gəl dolan bircə, bağları,
Yolunu gözləyir Bilgəh bağları.

Qumu mirvaridi, şəfəqi zərdi,
Mehi “gilavardır”, şehi Xəzərdir.
Yazı da, yayı da, inan, gözəldir,
Gəl gəzək əncirli cərgə bağları,
Yolunu gözləyir Bilgəh bağları.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma