Afaq Şıxlı

Standard
Afaq Şıxlı

İstəyirəm ağrıyanda başım üstdə anam olsun…
Ürəyimdə kiməsə də özüm qədər inam olsun…

İstəyirəm Günəş görüm göy üzündə səhərçağı,
Nəvəmin də gözlərini qamaşdırsın gün işığı…

İstəyirəm öz əlimin əməyindən usanmayım,
Əməyimin qazancına baxa-baxa utanmayım…

İstəyirəm torpağımda özüm gəzim – ağa kimi,
Darıxanda seyrə çıxım dərəsindən dağa kimi…

İstəyirəm “dəmir” qapı döysün “taxta” qapıları…
Qaranlıqda boğulanlar haqq səsini duysun, barı…

İstəyirəm o gün gələ – arzulara inam olsun!..
Qan yerinə haqq-ədalət, kin yerinə iman olsun!..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma