MUSA YAQUB – XƏZANDA BİR ƏSİM BAHAR KÜLƏYİM

Standard

musa yaqub2

Xəzanda bir əsim bahar küləyim,
A mənim ürəyim-payız çiçəyim,
Nə olub,nə görüb,nə açılmısan?..

Çöl-bayır saralıb solandan sonra,
Ağaclar lüt-üryan olandan sonra,
Yarpaqlar arxlara dolandan sonra
Bu sevgi,bu ümid,bu həvəs nədi?..

Bir şüa istiyə mehrini salıb,
Bir sarı yarpağın altında qalıb.
Nə olub,nə bilib,nə açılmısan?..

Ey məni yolumdan çıxaran gözəl,
Sənə boylandığım,güvəndiyim əl,
Bu soyuq yarpağı üstümdən götür,
Bu sarı payızı üstümdən götür,
Bu şaxta,ayazı üstümdən götür.

Əlbəttə,kövrəlib ağlayacaqsan,
Əlbəttə,sinəni dağlayacaqsan,
Bu vaxtı açılmağı bəs nə bilmisən…

Günəşin ən xırda bir teli boyda,
Baharın lap ani bir yeli boyda,
Ümidin sonuncu imkanı kimi,
Bir uzun sevginin,yorğun sevginin
Qəfildən göz açan gümanı kimi…

Nə görüb,nə bilib,nə açılmısan?..
Nə ləçəklənirsən,nə tellənirsən,
Bir sarı sim üstə nə dillənirsən?..
Sınağa çəkirsən yoxsa tabını,
Di onda,çiçəyim çək əzabını,
A mənim ürəyim,çək əzabını…
Bu vaxtı açılmağı bəs nə bilmisən?..

Ey mənim könlümə bənzəyən,gülüm,
A köhnə yaxamı bəzəyən,gülüm,
Nə bilib,nə görüb,nə açılmısan?..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma