Əhməd Cəmil – Həsrət …

Standard

ƏHMƏD CƏMİL1

Səninlə son dəfə yadında varmı
Sahildə ayrıldıq… yağış yağırdı…
Sən getdin, bilmədim qağayılarmı
Yoxsa dalğalarmı səni çağırdı?

Sən getdin, gözümdən itdin dumanda
Sahil qəribsədi elə bil sənsiz…
O gündən həmişə yağış yağanda
Çarpır qayalara bir soyuq dəniz!

Görəsən, bir daha olarmı tayı
Şən, gözəl günlərin, gözəl ayların?
O vaxtdan kəsilmir hayı – harayı
Qəlbimdə çığrışan qağayıların!

Qayıdıb gəlmədin niyə bilmirəm!
Görünür gözümə saldığın son iz.
Yenə sahildəyəm, ürəyimdə qəm,
O vaxtdan bir daha görüşmədik biz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma