Elman Tovuz – YANDI

Standard

elman tovuz7

( Dədə Ədalət “Kərəmi” çalarkən…)

Düşdüm ağuşuna alovun, odun,
“Ah”ın da, “of”un da naləsi yandı.
Başımda dolanan qara buludun,
Düşüb yanağımda giləsi yandı.

Eh, mənə nə var ki, mən bir nəfərəm,
Taleyin ovcunda fırlanan zərəm.
Hər kəsin içində bir ayrı Kərəm,
Kərəmin yanında Lələsi yandı.

Çoxu bu atəşə baxa bilmədi,
Od düşdü, alışdı yaxa… bilmədi.
Kimsə bu tilsimdən çıxa bilmədi,
Bir anda min eşqin köləsi yandı.

Həsrət nə, vüsal nə – qananlar oldu,
Çaşıb öz ismini dananlar oldu.
İçindən əriyib yananlar oldu,
Hələ bu nədir ki, eləsi yandı…

Nə səsdi – sədası gəzdi aləmi?
Beləmi olurmuş ayrılıq dəmi!
Sən elə yandırdın, Ədalət əmi,
Elmanın belədən-beləsi yandı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma