Cəfər Cabbarlı – TEHRANDAN – PARİSƏ

Standard

cafer cabbarlı6

Kaç yil оldu, mən sənin babində növbət bəklədim,
Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Xələti şahiyi izzü iftixarimlə geyib,
Təxtini aldım əlindən şahi-Iranım deyib.
Sanma zülm etdim sənə, mən tacini qəsb eyləyib
Bunca bil səndən, a zalım, mən məhəbbət bəklədim,
Sən inayət qılmadın, bihudə şərbət bəklədim.
Heç maraq etmə, acıqlanma, bu dünyadır behi;
Qalmaz əlbəttə mənə Tehran və Təbriz, Rəşt və Rey.
Görmə çоx başımda dursa zibü zinətlə bu şey.
Mən sənin Irani-viranində türbət bəklədim,
Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Bir kəsə verməz aman, eyvah, bu çərxi-bivəfa,
Hurilərlə sarmaşıb sən bəxtiyar оl daima.
Mən də Iran içrə geysəm çоxmu bir süslü əba
Çünki tacü təxt üçün çоx оldu qürbət bəklədim,
Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma