Ayaz Arabaçı

Standard

Ayaz Arabaçı4

Vətən, bu həyatda yaxşı nə varsa,
Götürüb bir ucdan pisə verirsən.
Səndən də qırılıb ürəyim tamam,
Qızılı tapdayıb misə verirsən.

Azmışam gedirəm əl havasına,
Ağlayım hansına,gülüm hansına,
Sevincin tapılmır can bahasına,
Dərdi harda gəldi nisyə verirsən.

Hər alçaq iştaha plov deyiləm,
Asan ovlanası bir ov deyiləm,
Mən Kəpəz deyiləm,Murov deyiləm
Başımı dumana-sisə verirsən.

Nə dərd həmdəmisən,nə könül yarı,
Başa vurammıram ömür biyarı,
Adını qoyubsan odlar diyarı,
Amma hamımızı hisə verirsən.

Var bu itaətdə bəlli yaşımız,
Nə haqla dik dursun məzar daşımız,
Ölüb yerə girmir oğul başımız,
Yağıya Şuşada busə verirsən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma