Baba Veziroglu – Mən elə bilirdim…

Standard

001

Mən elə bilirdim, əbədi yazdı,
Sən demə, payızda güllər solurmuş.
Mən elə bilirdim, sonsuzdu yollar,
Sən demə, hər şeyin sonu olurmuş.

Sən demə, məhəbbət tək vüsal deyil,
Ayrılıq olursa, sevgi var imiş.
Mən elə bilirdim, dünya dəyişib,
Sən demə, dəyişən insanlar imiş.

Mən elə bilirdim, mənimdi cahan,
Bir Aylı, Günəşli Yer kürrəsiyəm.
Sən demə, ömrümüz bircə an deyil,
Olsa, bu dünyanın bir zərrəsiyəm.

Dünyanı sevmişəm, könül vermişəm,
Hər doğan səhərə, hər açan gülə.
Xoşbəxt olmaq üçün dünyada bəlkə,
Yaxşı ki, çox şeyi bilmirəm hələ.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma