Afaq Şıxlı – O sənmiydin…

Standard

afaq shıxlı32

Bir sual var, ürəyimdə daş olub…
O sənmiydin mənim belə sevdiyim?
Sarsılmışam, hisslərim çaş-baş olub…
O sənmiydin mənim belə sevdiyim?

Mənim yarım safdı, gülərüz idi,
Öz əhdinə, ilqarına düz idi.
Buz deyildi, alov idi, köz idi…
O sənmiydin mənim belə sevdiyim?

Əllərimi hey tutardı əlində,
Xoş kəlmələr dolaşardı dilində…
Həyatımın ən mənalı ilində
O sənmiydin mənim belə sevdiyim?

Mən eşqimdə yanılmışam, deyəsən…
Vəfalılar dura-dura niyə sən?
İstəyirəm mənə özün deyəsən –
O sənmiydin mənim belə sevdiyim?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma