Knyaz Aslan – XƏYALLAR

Standard

KNYAZ ASLAN

Xətrimə dəyirsən hər səhər mənim,
Hər axşam kölgəmi qılınclayırsan.
Hirsimə dar gəlir bu şəhər mənim,
Gördüyüm hər işi gülünc sayırsan…

Əllərin quş kimi uçur əlimdən,
İncə barmaqların yelkənə dönür…
Xam xəyallar keçir hər gün könlümdən,
Ürəyim yeriyən kölgənə donür…

Daşlara çırpılır Məcnun diləklər,
Mələklər aparır gülüşlərimi.
Gecələr qapını döyən küləklər
Ərməğan gətirir öpüşlərimi…

Səndən çox sadiqmiş bu dərd, bu fikir,
Uduram həsrəti şəkər, bal kimi…
Gör neçə illərdir gözüm yol çəkir,
Sinəndən boylanan qoşa xal kimi…

Darıxma, hər ömrə bir əcəl qənim,
Mənsiz günlərini bir-bir sayarsan…
Hər səhər anarsan adımı mənim,
Hər gecə ruhumu qarşılayarsan…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma