NUSRET KESEMENLI – MƏHƏBBƏT DEMİRƏM

Standard

nusret kesemenli9

Bir tənə var baxışında, sözündə,
Təbəssümün yenə küsüb üzündə,
Ağlamaqdan yaş qalmayıb gözündə,
Göz yaşına mən məhəbbət demirəm.

…Məhəbbəti ömür kimi itirdik,
Gül yerində tikan kolu bitirdik.
Bir fürsəti ikimiz də otürdük,
Dönüşüne mən məhəbbət demirəm.

O baharın çiçəkləri xəzəldi,
Küskün qəlbin qəm yoluna düzəldi,
Öyünmə ki, qaşın, gözün gözəldi,
Göz-qaşma mən məhəbbət demirəm.

Yerə düşdün bir inadın sözütək,
Ayrılırıq elə biz də yüzütək,
Belə məsum görkəminlə, quzutək
Savaşına mən məhəbbət demirəm.

Ölü eşqin ehsanını sevmirəm,
Nəzir kimi vüsalını sevmirəm,
Məhəbbətin leysanını sevirəm,
Yavaşına mən məhəbbət demirəm.

Bu məhəbbət həmdəmidir təklərin,
Ürəyimdən həyat alır kökləri,
Hər qovuşan mənfi, müsbət yüklərin,
Təmasına mən məhəbbət demirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma