Musa Yaqub – ATA İTİRMİŞƏM

Standard

Musa Yaqub3

Torpaqdan silinib izləri itdi,
İzində bir körpə addımı bitdi.
Dünyada tutduğu zərrə yerini,
Öz hava payını,
öz su payını
Bizə-insanlara tapşırdı getdi.
Ata itirmişəm,atamı…

Qayğısı-havaydı,
Görmürdüm əvvəl,
Deyərdim olmasa,
olsa da birdir.
İndi bilirəm ki,
Mənim nəfəsimin təngidiyi yer
Ata qayğısının itdiyi yerdir.

Bir insan çevrilib
bir məzar oldu,
Torpağın tapdanmış bir qarışında
yer qabar oldu.
Bu qabar sinəmdə bir qubar oldu,
Ata itirmişəm,atamı…

Bir az nigaranlıq,
xiffət tapmışam,
Amma dəyanəti üzə çıxıbdır,
Anamda mərdlikdən sifət tapmışam,
Ata itirmişəm,atamı…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma