Hüseyn Arif – YAĞIŞ YAĞIR, SEVGİLİM

Standard

004

İslanır səhər-səhər
Qızılgülün yarpağı
Mən sevirəm yağışlara
Pəncərədən baxmağı…
Damcıların xoş səsi
Xatırladır yaylağı
Körpə quşlar boylanır
Yuvasından arabir
Təzə qalxan göy otlar
Su içində gizlənir.
Seyr etdikcə bunları
Gör, sevinir qəlbimiz…
Yağış yağır, sevgilim,
Sular axır, sevgilim,
Varmı bir xəbərin?
Yarpaqlar gəlin kimi
Sırğa taxır, sevgilim,
Varmı bir xəbərin?…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma