Afaq Şıxlı – Köhnə dost!

Standard

IMG_8532

Tək sənə ümidim var idi, amma,
Sən dəmi xəyanət etdin, köhnə dost!
Əlvida deməyə verməyib aman,
Nədən üz çevirib getdin, köhnə dost!

Qəlbimin sirrini söylərdim sənə,
Doğmadan-doğmaydın, əzizdin mənə.
Əski dost çevrilməz, dedim, düşmənə,
Sən dəmi xəyanət etdin, köhnə dost!

Sözlərin könlümə olmuşdu dərman,
Sənsizlik acısı yamandır-yaman!
Bilmirdim, bizi də ayırar zaman…
Yadlar arasında itdin, köhnə dost!

Mənim əvəzimə sən verib qərar
Həsrəti özündən qoydun yadigar!
Gözlərim yenə də tək səni arar,
Qəlbimdə tikantək bitdin, köhnə dost!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma