Şəhriyar İbrahimov – Sən gedəndən dağınıqam

Standard

025

Bu taleyin nədir mənlə davası,
Ümidlərim zərrə-zərrə kiçilmiş.
Qəlbim olub intizarın yuvası,
Kədər sanki lap əynimə biçilmiş…

Möhürlüdür bircə şirin öpüşə,
Yad gözəlin dodağında dad olmur.
Xatirələr bağlı qalıb keçmişə,
O sevgi də,o öpüş də yad olmur…

Ətrin gələn bircə mektub yaz barı,
Gümanım yox başqa nəsə ummağa.
Xəyalların heç buraxmır yaxami,
Day qorxuram gözlərimi yummağa…

Qalmayıbdı daha o od,o həvəs,
Zaman ötub,o gedənsən o gedən.
Səndə sonra bir darıxmaq,bir qəfəs,
Unudulmur, unudulmur hər ötən…

Dönməyinə ümid qalıb azacıq,
Gündə yüz yol alovlanıb sönmüşəm.
Sən gedəndən dağınıqam dagınıq,
Qafiyəsiz şeirlerə dönmüşəm…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma