Bəxtiyar Vahabzadə – SEVƏ BİLİRƏMSƏ…

Standard

bahtiyar Vahabzadə17

Ancaq məhəbbətçün yaranmışam mən,
Alammaz əlimdən bu haqqı kimsə.
Xoşbəxtəm,küsmərəm öz taleyimdən,
Əgər sevirəmsə…sevilirəmsə…

Məhəbbət – amalım, arzularımdır,
Ona kainatım, cahanım deyim.
Mənim dövlətimdir, mənim varımdır
Bütün varlığımla sevə bilməyim.
Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən gözəl adamıyam mən.

Səni sevirəmsə, sevirəm demək
Həyatı,dünyanı,yoxdur düşmənim…
Əgər sevirəmsə – qəlbim aynatək
Şəffafdır,həssasdır,kövrəkdir mənim…
Bu könül aynama gülümsəyərək,
Göylər də,yerlər də əks olur həmən.
Sevirəm, sevirəm, sevirəm, demək,
Bütöv bir aləməm, kainatam mən.

Mən ki, kainatam, aləməm, nə qəm,
Ayım da,
Günüm də,
Ulduzum da var.
Həm zülmət, həm də ki, aydınlıq gecəm,
Həm açıq, həm tutqun gündüzüm də var.
De məndən varlısı dünyada varmı?
Sevən də özünü yoxsul sanarmı?

Mənim öz eşqimin öz ulduzları
Dağıdır, könlümə nur, qucaq-qucaq…
Axı, bu sərvəti, dövləti, varı
Məhəbbət bəxş edir insana ancaq.
Bəli, ilk insanla həmyaşam artıq,
Bilmirəm aydayam, ya gündəyəm mən.
Zamandan, məkandan çıxmışam artıq,
Dünyəvi aləmin fövqündəyəm mən.
Öz böyük eşqimlə fəzadayam mən.
Məni endirməyin yerə, amandır.
Dünya çox kiçikdir məhəbbətimdən,
Hər arzum bir cahan, bir asimandır.
Verir arzularım göydə səs-səsə,
Deməyin yerdə uç, yer bəs deyilmi?
Yanan bir ürəyə, sevən bir kəsə
Asiman özü də qəfəs deyilmi?
Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən yaxşı adamıyam mən!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma