Samir Şirinov – Səni xatırladır..

Standard

003 (2)

Gözlərimin bəbəyi
Çox sevərdin çiçəyi
Çiçəklərin ləçəyi
Bax səni xatırladır

Heç olmadıq narazı
Sevdik baharı, yazı
Quşların xoş avazı
Bax səni xatırladır

Buludların dolması
Narın-narın yağması
Yağışın hər damlası
Bax səni xatırladır

Şəkillərdən baxışı
Gözlərimə axışı
Qəlbimin hər atışı
Bax səni xatırladır

Sevdam gəzər dağları
Gül-çiçəkli bağları
Ömrümün xoş çağları
Bax səni xatırladır

Samirin gözəlisən
Sevdamın əzəlisən
Saçlarıma düşən dən
Bax səni xatırladır

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma