Məhəmmədhüseyn Şəhriyar

Standard

160

Sübh oldu, hər tərəfdən ucaldı əzan səsi,
Guya gəlir məlaikələrdən Quran səsi.

Bir səs tapanmıram buna bənzər, qoyun deyim:
Bənzər buna, əgər eşidilsəydi can səsi.

Sanki uşaqlığım kimi nənnimdə yatmışam,
Laylay deyir mənə anamın mehriban səsi.

Sanki səfərdəyəm, oyadırlar ki, dur çatax,
Zəngi-şütür çalır, keçərək karvan səsi.

Sanki çoban yayıb quzunu dağda ney çalır-,
Röya dogur quzu qulağında çoban səsi.

Cismim qocalsa da, hələ eşqim qocalmayıb,
Cingildəyir hələ qulağımda cavan səsi.

Sanki zaman güləşdi, məni güpsədi yerə,
Şerim, yazım olub yıxılalı pəhləvan səsi.

Axırzamandı, bir qulaq as, ərşi titrədir
Millətlərin haray-mədədi, əl-aman səsi.

İnsan xəzanıdır, tökülür can xəzəl kimi,
Saztək xəzəl yağanda sızıldar xəzan səsi.

Qırx ildi dustağam, qala bilməz o yağlı səs,
Yağsızsa da, qəbul elə məndən yavan səsi.

Mən də, səsim ucalsa, gərəkdir, yaman deyəm,
Millət acıxlıdır, ucalıbdır yaman səsi.

Doldur nəvarə qoy qala, bir gün bu körpələr,
Alqışlasınla zövq ilə bizdən qalan səsi.

Miğnatis olsa səsdə çəkər, inqilabda bax,
Azadlıq aldı Sərdarımın qəhrəman səsi.

İnsan qocalmış olsa, qulaqlar ağırlaşar,
Sanki yazıq qulaqda guruldar zaman səsi.

Bax bu dərin sükutə səhər, hansı bir nəvar
Zəbt eyləyə bilər belə bir cavidan səsi?

Sancır məni bu fışqa çalanlar da, Şəhriyar,
Mən neyləyim ki, fışqaya bənzər ilan səsi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma