Mikayıl Müşfiq – Öyrəniş

Standard

Mikayıl Müşfiq21

Həyat nədir? Sual verdim özümə,
Mənasını çiçəklərdən öyrəndim.
Yaşadıqca çarpışmayı, sevməyi
Qəlbimdəki diləklərdən öyrəndim.

Bir yay aldım çıxmaq üçün şikara,
Tuş gəldim bir ahu gözlü nigarə.
Nişan alıb ox atmağı, nə çarə,
Daş ürəkli mələklərdən öyrəndim.

Sular kimi köpüklənib daşmağı,
Ellər kimi uca dağlar aşmağı,
Min bir əməl arxasınca qoşmağı
Dürlü-dürlü ürəklərdən öyrəndim.

Xəbər olsun hər tazəyə, hər gəncə:
İnsan çocuq, həyat ona əyləncə…
Mən gurultu qoparmağı ilk öncə
Alov gözlü şimşəklərdən öyrəndim.

Həyat nədir? Ölüm nədir? Boş sual!
Sevda nədir? Hicran nədir? Bir xəyal!
Mən bunların əsasını, iştə, al:
Həp çəkdiyim əməklərdən öyrəndim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma