Hüseyn Arif – GÖRDÜM

Standard

034 (3)

Göyə baxdım,
Göyün ala gözlərini dolan gördüm.
Yerə baxdım,
Çiçəklərin ləçəyini solan gördüm.
Dağa baxdım,
İldırımdan zirvəsini talan gördüm.
Düzə baxdım,
Vaxtsız xəzan zəmisini çalan gördüm.
Çaya baxdım,
O sahildə,
bu sahildə gözü yolda qalan gördüm.
Qəlbə baxdım,
Bir dünyalıq arzu, ümid,
Ömrə baxdım,
Bir nağıllıq yalan gördüm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma