Zamiq Zerdabi – UNUTDUNMU!?

Standard

Zamiq Zərdabi

Unutdunmu!?
Unutdunmu!?
Təsadüfən rastlaşaraq,
Hət ikimiz
gülümsəyib,
Hər ikimiz,
Qəlbimizdə nəsə deyib,
Keçdiyimiz,
Sonralarsa
Günlərin ən gözəli tək,
Təmiz,ülvi məhəbbətin,
Təməli tək,
Seçdiyimiz,
O ilk günü unutdunmu!?

Unutdunmu!?
Mənim sənə
zəng edərək,
Səni ələ almaq üçün,
Sənin geniş ürəyində,
Kiçik yuva salmaq üçün,
Dil tökərək,
Bir sevginin ağrısıyla,
Təmiz bir eşq yanğısıyla,
And içərək,
Öz sevgimi,
öz eşqimi,
Sənə bəyan
eylədiyim,
Sonra isə,sənin mənə,
bil aşiqəm
dəli kimi vurulmuşam
mən də sənə
söylədiyin.
“Sevgililər Günü” kimi
ad qoyduğun,
şəninə bir eşq nəğməsi
oxuduğun,
Gözəl günü unutdunmu!?

Unutdunmu!?
Bəs ilk dəfə,
Ürəyimdə ilk görüşün
Arzu-kamı,
Gözləyərək intizarla,
Hətta bir az
iftixarla,
Gecə saat bir tamamı,
O zaman ki sizin evdə,
Gedib şirin bir yuxuya,
Yatdı hamı.
Sizin bağda
Unudulmaz,
O həsrətli,
Məhəbbətli,
Bir sevdaya sədaqətli,
Ilk görüşü unutdunmu!?

Ağacların arasında,
Göy çəməndə,
Dayanmışdıq biz üz-üzə,
Utanırdıq
sən də,mən də,
Ay da qibtə eyləyirdi
Sanki bizə,
Fikrimizdə gələcəyin yollarını,
Gəzə-gəzə,
Xəyalların yelkənində
Üzə-üzə,
Mən tutmuşdum, sənin,
Mənim ürəyimtək
incə, nazik əllərini,
Ələrimlə oxşayırdım
Sənin gültək,
Xoş ətirli tellərini.
Hərdən sənə söyləyirdim
Səni mənim özüm qədər,
Sevməyimi,
birdən səni çaşdıraraq
yanağından öpməyimi.
Dodağımdan indiyədək
həm şəkər tək,
həm zəhər tək
izi qalan
ilk öpüşü unutdunmu?

Söylə gülüm
mən unuda bilərəmmi
sənin şirin sözlərini
urəyimnən silərəmmi
o sözlərin izlərini,
Sənsə gözəl,
o vədləri,o andları
tez unutdun.
Xoşbəxtliyə uçmaq üçün
açılan o qanadları
öz əlinlə
özün qırdın.

Ancaq, yenə mən
inan bilmirəm ki,
Səndə bu cür unutqanlıq
hissi ola,
Səndə bu cür
unutqanlıq,
soyuqqanlıq,
Səndə bu cür vahiməli,
Bir sevgini
udan,
çəkən,
qəbiristanlıq hissi ola.

Bu şübhələr fikrimdə
hey fırlanır
dayanmadan,
Özümə də inanmıram
daha sənə inanmadan.
Yəni ki, sən
bizim birgə gördüyümüz
o röyanı unutdunmu?
Yoxsa birgə qurduğumuz,
o dünyanı unutdunmu?
Neçə-neçə xatirəni
yada salan,
üzü kerçək,içi yalan
xoş vədini,
xoş sözünü unutdunmu?
Tellərində hələ qalan
əl izini unutdunmu?
Eşqin ilə
bir səməndər quşu kimi,
alovlanan,
Alışdıqca Kərəm kimi
külü qalan
Mənim kimi əzizini
Unutdunmu?
Bəlkə…, bəlkə…
qoy bunu da bir soruşum
Sən özünü unutdunmu!?
Sən özünü unutdunmu!?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma